«JW Library» tətbiqi* Müqəddəs Kitabı dərindən araşdırmaq və fərdi mütaliəni zənginləşdirmək üçün hazırlanmışdır. Müqəddəs Kitaba əsaslanan nəşrləri, video və audio materialları yükləyin ki, onlardan istənilən vaxtda və yerdə istifadə edə biləsiniz.
Müqəddəs Kitabın bir çox dillərdə tərcüməsi
· Müqəddəs Kitabı oxuyun və ayələri müxtəlif dillərdə olan başqa tərcümələrlə müqayisə edin.
Nəşrlər kitabxanası
· Kitabları, broşürləri və məqalələri 1000-dən çox dildə yükləyə bilərsiniz. Həmçinin bura 100-dən çox jest dili də daxildir.
Video və audio proqramlar
· Müqəddəs Kitab təlimləri, nitqlər, videotamaşalar və multiplikasiya da daxil olmaqla rəngarəng proqramlardan zövq alın.
Musiqi
· Müxtəlif janrlarda musiqilər dinləyin: vokal, instrumental, orkestr üçün yazılmış musiqilər (yaxud əsərlər, bəstələr)
Günün ayəsi
· Günə Müqəddəs Kitab ayəsini və ona gətirilən ruhlandırıcı şərhi oxumaqla başlayın.
İbadət görüşləri
· Həftəarası və həftəsonu görüşün proqramını eyni bölmədən tapın.
Axtarış
· Müqəddəs Kitabın konkret ayələri, mövzuları üzərində axtarış edin.
Fərdi mütaliə
· Mətni işarələyin, şəxsi qeydlərinizi əlavə edin və ayrı-ayrı kateqoriyalara aid teq yaradın.
Pleylist
· Musiqi, video, audio və şəkillərin pleylistini yaradın.
* «JW Library» Yehovanın Şahidləri tərəfindən yaradılmış rəsmi tətbiqdir.
Müqəddəs Kitabı və 1000-dən çox dilə tərcümə olunmuş mövzuları mütaliə edin.
Güncəlləmə vaxtı
1 okt 2026