Böyük təsirə malik əyləncəli və asan sualları cavablandırın! Növbəti səviyyələrə keçin, nişanları açın və nailiyyətlərinizi paylaşın! Könüllü töhfələriniz Google məhsullarının yaşadığınız ərazidə təkmilləşdirilməsini təmin edir. Google Assistentə mənanı daha yaxşı anlamağı öyrədin, diliniz üçün Google Tərcüməni təkmilləşdirin və Google Fotoya obyektləri müəyyən etməkdə kömək edin. Bunlar Google-u yerli və qlobal səviyyədə təkmilləşdirmək üçün edə biləcəyiniz, getdikcə artan və müxtəlif töhfələrdən yalnız bir neçəsidir.
Google-un töhfəçilər icmasına qoşulmaq üçün bu tapşırıqlardan bəzilərini sınayın:
İfadə doğrulama: Transliterasiya edilmiş ifadənin nə qədər təbii və dəqiq səsləndiyini qiymətləndirin.
Sürətlə yazma: Ekranda gördüyünüz mətni bacardığınız qədər tez və dəqiq şəkildə yazın.
Mədəni şəkil doğrulama: Sadə bəli/xeyr suallarına cavab verməklə şəkillərin mədəni baxımdan dəqiqliyini doğrulayın.
Sual anlama: Verilmiş sualı nə dərəcədə yaxşı anlaya bildiyinizi seçin.
Şəkil müqayisəsi: Hansı şəkli daha çox bəyəndiyinizi bildirin.
Əl yazısını doğrulama: Əl yazısının gördüyünüz mətnə uyğun olub-olmadığını bildirin.
Əl yazısını oxuma: Əl yazısını oxuya bilib-bilmədiyinizi bildirin.
Əl yazısının müqayisəsi: İki əl yazısı üslubunu müqayisə edərək seçim edin.
Nöqtə doğrulama: Mərkəzi nöqtənin subyektin yuxarısında olduğunu doğrulayın.
Yeməklərin müqayisəsi: İki yemək şəklinin xüsusiyyətlərini müqayisə edin.
Audio ianəsi: Nitq texnologiyasını təkmilləşdirmək üçün səsinizi yazın.
Yemək faktları: Müxtəlif yeməklərin xüsusiyyətlərini bildirin.
Yemək etiketləyici: Şəkildə hansı yeməyin olduğunu bildirin.
Semantik oxşarlıq: İki ifadənin eyni mənanı daşıyıb-daşımadığını qiymətləndirin.
Diaqram anlama: Diaqramların aydın və etibarlı olub-olmadığını qiymətləndirin.
Sürüşdürərək yazmaq: Gördüyünüz mətni yazmaq üçün barmaqlarınızı klaviaturada sürüşdürün.
Audio doğrulama: Qısa audioklipə qulaq asın və tələffüzün dilinizdə təbii səslənib-səslənmədiyini qiymətləndirin.
Şəkil təsviri: Nitq texnologiyasını təkmilləşdirmək üçün təqdim olunan şəkilləri səsli təsvir edin.
Şəkil etiketi doğrulama: Şəkillərin düzgün etiketlənib-etiketlənmədiyini bildirin.
Şəkil çəkimi: Yaşadığınız əraziyə aid fotolar toplayıb paylaşın.
Tərcümə: İfadə və sözləri müxtəlif dillərə tərcümə edin.
Tərcümə doğrulama: Düzgün tərcümə edilən ifadələri seçin.
Əl yazısını tanıma: Əl yazısına baxın və gördüyünüz mətni yazın.
Tonallığı qiymətləndirmə: Dilinizdə cümlənin müsbət, mənfi, yoxsa neytral fikir bildirdiyini qiymətləndirin.
Smart kamera (Android Lollipop 5.0+ tələb olunur): Kameranı obyektə yönəldin və onun nə olduğunu aşkarlayıb-aşkarlamayacağına baxın.
Hər dəfə cavab təqdim etməklə Google məhsullarının inklüzivliyini zaman keçdikcə artırırsınız. Köməyinizə görə yerli görüşlərdə digər töhfəçilər ilə əlaqə qurmaq, Google işçiləri və digər töhfəçilərlə onlayn görüşlər üçün eksklüziv Hangouts dəvətləri almaq və Crowdsource-un sosial şəbəkə kanallarında tanıdılmaq kimi üstünlüklərlə mükafatlandırılacaqsınız. Qatar, avtobus dayanacağı və ya növbədə olarkən Google-u yerli icmanız üçün təkmilləşdirməyə vaxt ayırın.
İnterneti cəmiyyət üçün daha yaxşı vasitəyə çevirək
Güncəlləmə vaxtı
29 iyn 2026